Azərbaycanın tanınmış müğənnisi Röya Ayxan onunla birgə səhnəyə çıxan bekvokallarına xüsusi diqqət göstərir.
Müğənni konsert zamanı onun imici üzərində çalışan stilistlərə özəl bir tapşırıq verir. Ulduz xanım onunla birgə səhnəyə çıxan bekvokal xanımların ürəkləri istəyən kimi bəzənmələrini tələb edir."Qoy istədiklərini geyinsinlər, bəzənsinlər. Onlara necə xoşdur, elə də çıxsınlar səhnəyə. Çünki bütün müğənnilər bekvokal olublar və bizə də qadağalar ediblər. Mənim xoşuma gəlmirdi, pis olurdum. Çünki müəyyən qadağalarla üzləşirdik. İndi özümü onların yerinə qoyuram. Ürəkləri necə istəyir, elə də çıxsınlar", - deyə Röya Milli.Az-a açıqladı.Bu dəm müğənninin bekvokalları olan Arzu və Səbinə onun qrim otağına təşrif buyurdular. Röya da böyük məmnuniyyətlə onlarla şəkil çəkdirib, səmimi pozalar verdi. Ulduz xanım zarafatından da qalmadı: "Buyurun, qızları satıram".