Röya Ayxan Türkiyədə uğurlarına davam edir
24 Mart 2014 Bazar Ertəsi 11:20
İfaçı Röya Ayxan seçimlərdə “Gəmiçilər” mahnısı ilə “Ən yaxşı mahnı” və “Ən yaxşı sinql” nominasiyalarında yarışır.
Azərbaycanlı sevilən müğənni Röya Ayxan Türkiyədə uğurlarına davam edir. ANS PRESS-in məlumatına görə, ifaçı qardaş ölkənin “Kral” telekanalının hər il təşkil etdiyi “Türkiyə Musiqi Ödülləri”nin nominantları sırasına daxil olub. Bu xoş xəbəri məşhur müğənni şəxsi İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.

Röya seçimlərdə “Gəmiçilər” mahnısı ilə “Ən yaxşı mahnı” və “Ən yaxşı sinql” nominasiyalarında yarışır. İfaçıya səs vermək istəyən pərəstişkarları aşağıdakı link vasitəsilə qeydiyyatdan keçib seçimlərini bildirə bilərlər:

http://turkiyemuzikodulleri.com/vote_entry.asp

Qeyd edək ki, bu il 20 yaşını qeyd edən “Türkiyə Musiqi Ödülləri”nin nəticəsi aprel ayında bəlli olacaq.

Xatırladaq ki, ötən günlərdə paytaxtımızda iki günlük konsert proqramı ilə çıxış edən Türkiyənin məşhur pop ulduzu Murat Boz saytımıza verdiyi müsahibəsi zamanı ölkəsində azərbaycanlı müğənnilərdən ancaq Röyanı tanıdığını bildirmişdi.




DOSTLARINLA PAYLAŞ:

oyunlar