Populyar müğənni Röya Ayxan bu gün Azad Azərbaycan radiosunda radio aparıcısı Kazımın canlı efirdə qonaq olub.
Radionun
keçirdiyi "Mahnı-2012" müsabiqəsində "Gizli Sevgi" mahnısı ilə qalib
olan Röya elə canlı efirdə göz yaşlarına hakim çıxa bilməyib:
"Bu
qədər sevilmək olar? Bunlar təbii ki, sevinc gözyaşlarıdır. Mən sənətim
boyunca çox birinciliyə imza atmışam. Amma nədənsə bu mənə təsir elədi."