Röya Ayxan boşanıb
03 Avqust 2014 Bazar 18:02
Tanınmış müğənni Röya Ayxanın həyat yoldaşı Anar Cəlilov xanımından boşandığını bildirib.
ANS PRESS-in məlumatına görə, "İnstagram" səhifəsində boşanması ilə bağlı açıqlama verən Anar qeyd edib: "Boşanmışıq, xahiş edirəm bir də bu barədə danışmayaq".
Röya Anar Cəlilovu "İnstagram" səhifəsində izləmə bölməsindən çıxarıb.

Qeyd edək ki, müğənni Röya Ayxan Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Daha əvvəlki evliliyi uğursuz olan Anarın valideynləri onun Röya ilə evlənməsinə qarşı çıxıb. Lakin həmin vaxt tanınmış iş adamlarından birinin oğlu olan Anar Cəlilov Röya ilə ailə həyatı qurmaqda israr edib. Onların Hüseyn adlı bir oğlu var.




DOSTLARINLA PAYLAŞ:

oyunlar