Röya aparıcı olacaq
18 Noyabr 2009 Çərşənbə 16:50
Müğənni Röya hazırda oğlunun 40 günlüyünü keçirmək üçün məkan axtarır
Yeni doğulan uşağının 40 günlüyünü qeyd etməyə hazırlaşan Röya aparıcılıq da edəcək. Müğənninin prodüseri Kənan Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, mərasimin harada keçirilməsi hələ ki müəyyən edilməyib.

Müğənni oğlu Hüseynin 40 günlüyünü səs-küylü keçirməsə də, bunu öz yaxınları ilə mütləq keçirməyi düşünür. Prodüserin sözlərinə görə, Röya da, uşaq da özlərini yaxşı hiss edir.

Başı övladına qarışan Röya yaradıcılığını arxa planda qoymur. Belə ki, müğənni yaxın günlərdə yeni bir layihə ilə tamaşaçıların görüşünə gəlmək üçün prodüser mərkəzlərindən biri ilə danışıqlar aparır. "Hazırda bir neçə layihə üzərində işləyirik. Verilişin hansı səpkidə olduğunu da dəqiqləşdirməmişik. Bir neçə ideyaları götür-qoy edirik. Yeni il ərəfəsində Röya xanım tamaşaçıların görüşünə həm də aparıcı kimi gələcək" deyən K.Məmmədov verilişin hansı kanalda yayımlanacağını dəqiqləşdirməyib.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar