Rihanna xristianların qəzəbinə gəlib
30 Sentyabr 2009 Çərşənbə 19:15
Rihanna xristianların qəzəbinə gəlib. Rahiblər onun kilsəyə daxil olmasına etiraz edib.
Tez bir zamanda bütün dünya gənclərinin qəlbinə yola tapa bilən gənc və cazibədar müğənni Rihannanın ətrafında qalmaqal səngimək bilmir. Belə ki, İtaliyaya səyahət edən ifaçı Piazza San Markonun Müqəddəs Mark Basilika kilsəsinə baş çəkib.

Kilsənin qanunlarına əsasən kilsəyə daxil olan hər qadının çiyinləri və ayaqları bağlı olmalıdır. Qanunları pozmağa adət edən Rihanna guya kilsə geyiminə uyğun qəribə paltar geyinib. Bu isə rahiblərin qəzəbinə səbəb olub.

İfaçının geyimi bəzi restoranlarda olan qırmızı rəngli süfrələri xatırladıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar