Rihanna konsert verəcəkdi, amma xəstəxanaya düşdü
01 Noyabr 2011 Çərşənbə Axşamı 12:18
Rihanna konserti təxirə saldığı üçün heyranlarından üzr istəyib.
Tanınmış amerikalı müğənni Rihanna konsert vermək üçün getdiyi İsveçdə
xəstələnib və xəstəxanaya düşüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, zökəm (qrip) xəstəliyinə tutulub.
Xəstələndiyinə görə, İsveçin Malmo şəhərində planlaşdırılmış konserti təxirə salan Rihanna heyranlarından üzr istəyib. “Sizin üçün səhnəyə çıxmaq çox xoş və həyəcanvericidir. Birlikdə çox gözəl vaxt keçirəcəkdik. Əminliklə deyə bilərəm ki, qrip xəstəliyinə görə xəstəxanada yatmaqdan daha yaxşı olacaqdı”, - deyə Rihanna vurğulayıb.
Bundan başqa, Rihanna sosial şəbəkələrdən birində pərəstişkarları ilə “Üzgünəm, Malmo!” mesajını və xəstəxanada çəkilmiş şəklini paylaşıb.
Qeyd edək ki, 23 yaşlı Barbodos əsilli Rihanna Avropada dördüncü konsertini edir.
DOSTLARINLA PAYLAŞ: