Rihanna ilin qadını seçildi
04 Noyabr 2009 Çərşənbə 12:00
Rihanna sevgilisi tərəfindən döyülərək uzun müddət mətbuatın diqqət mərkəzində olub.
“Glamour” jurnalı 2009-cu ilin qadınını seçib. Bu, pop müğənni Rihannadır.
Qeyd edək ki, müğənni sevgilisi Kris Braunun fevral ayında onu döyməsi ilə bağlı yaranmış qalmaqal nəticəsində uzun müddət mətbuatın diqqət mərkəzində olub. 21 yaşlı Rihanna öz davranışı ilə siyahıya rəhbərlik etmək hüququ qazanıb.
Siyahıda ikinci yeri Kaliforniya qubernatoru Arnold Şvartsneggerin həyat yoldaşı, yazıçı və telejurnalist kimi tanınmış Mariya Şrayver tutub.
Üçüncü yerdə Pol Makkartinin qızı modelyer Stella Makkartni gəlir.
İlk onluqda Şimali Koreyada 12 il müddətinə azadlıqdan məhrum edilmiş, sonradan azadlığa buraxılan jurnalistlər Yuna Li və Lora Lin də var.
Qeyd edək ki, siyahıya ilk dəfə olaraq ABŞ-ın birinci xanımı Mişel Obamanın və tennisçi Serena Uilyamsın da adları daxil edilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: