Revan Qarayev böyük rüsvayçılıqdan qurtuldu
21 Oktyabr 2013 Bazar Ertəsi 19:28
Revan Qarayev böyük rüsvayçılıqdan qurtuldu. DNT analizinin cavabı müğenninin atalığını tesdiqlemedi.
Müğənni Rəvan Qarayev “Adam içində” böyük biabırçılıqdan qurtuldu. ANS PRESS-in məlumatına görə, bu gün ANS-in canlı yayımında Rəvanın atalığını müəyyən edən DNT müayinəsinin cavabı açıqlandı.
Həftələrdir ictimaiyyətin intizarla və həyacanla gözlədiyi DNT müayinəsinin cavabı bu gün milyonlarla tamaşaçıların qarşısında bəyan edildi.
DNT analizlərinin cavabına görə, İlkin Hüseynov adlı uşağın qan analizlərinin nəticələri Rəvan Qarayevin qanının analizinin nəticələri ilə üst-üstə düşməyib.
Uşağın atası olmadığını hər dəfə qətiyyətlə bildirən Rəvan Qarayevin söylədikləri doğru çıxıb. Müğənni onu uşağın atası olmaqda və aldadaraq həyatını alt-üst etməkdə günahlandıran Cəmiləni məhkəməyə verəcəyini bildirib.
Rəvanın atası Elşad Qarayev isə humanistlik göstərərək qarşıda gələn Məhərrəm ayı eşqinə o qadını bağışladığını bildirib: “Mən o qadını bağışlayıram. Məhkəməyə vermək istəməzdim. Rəvanla məsləhətləşəcəyik, onu da razı salsam məhkəməyə vermərik”.
Nəticələr elan olunana qədər Elgiz Əkbər həyacan keçirdiyini deyib: “İnanın ki, boğazım qurudu. Həyatımda ikinci dəfədir ki, belə həyəcan keçirdim. Bir dəfə çox yaxın adamın xəstəliyi ilə bağlı analizlərinin cavabını alarkən bu vəziyyətə düşmüşdüm. İndi də bu məsələdə”.
DOSTLARINLA PAYLAŞ: