“Bir gün İstanbuldan” adlanan verilişdə türkiyəli və bizim yerli ulduzlar qonaq olacaq.
Yaradıcılıq işlərinin həllini türkiyəli peşəkarlara həvalə edən müğənni Rəqsanə İsmayılova onların dəstəyi ilə növbəti layihələrə hazırlaşır. Artıq albomu hazır olan sənətçi hələik klip çəkilişini təxirə salıb. Türkiyədəki məlum durum səbəbindən bu addımı atan sənətçi çəkilişlərin yaxın həftələrdə baş tutacağını söylədi. Albom həm Türkiyə telekanalalrında, həm də Bakıda təqdimata çıxarılacaq.
“Bu Ramazan ayında baş verəcək. Hazırda yeni fotosessiyamdan ibarət rolik hazırlanır. Klip hazır olan kimi albomla birlikdə həmin rolik əsnasında ekranlara anons şəklində çıxarılacaq. Bunun ardınca Türkiyənin maqazin verilişlərində sujetlər hazırlanacaq. Həmin ərəfədə Azərbaycanda da təqdimat keçiriləcək” – deyən Rəqsanənin növbəti xəbəri daha maraqlıdır.
Öyrəndik ki, sənətçi yeni missiyanı daşıyacaq. Türkiyədə ərsəyə gətiriləcək verilişə aparıcılıq edəcək sənətçi həftənin 4 günü efirdə olacaq. “Bir gün İstanbuldan” adlanan verilişdə sənətçini qonaq siyahısını türkiyəli və bizim yerli ulduzlar təşkil edəcək. Hələlik verilişin yayımlanacağı telekanalın adı açıqlanmır. Verilişdə canlı orkestr sənətçiləri müşayiət edəcək. R.İsmayılovanı layihənin maraq yaradacağına inandığını bildirdi.