Rəqsanə polisə aparıldı
11 Aprel 2011 Bazar Ertəsi 18:02
Sənətçi Bakının Heydər Əliyev prospektində ağır avtomobil qəzası törədib
Populyar Azərbaycan müğənnisi Rəqsanə İsmayılova dünən axşam saatlarında avtomobil qəzası törədib. ANS PRESS-in Day.Az saytına istinadən verdiyi məlumata görə, qəza Bakının Heydər Əliyev prospektində baş verib. Müğənninin idarə etdiyi «Mercedes Benz G-class» digər avtomobillə toqquşub. Nəticədə qarşıdakı maşının sərnişini yaralanaraq xəstəxanaya yerləşdirilib.

Müğənninin prodüseri Təranə Səmədova faktı təsdiqləyib. Lakin o, qəzanın səbəbləri haqda heç nə deyə bilməyəcəyini söyləyib.

Hüquq-mühafizə orqanlarından Day.Az saytına bildiriblər ki, əslində Rəqsanənin qəza törətdiyi avtomobil «Mercedes-Benz Gelandewagen»dir. Maşın müğənniyə deyil, başqa birisinə məxsusdur. Qəza nəticəsində 4 maşın əzilib. Hadisədən qorxuya düşmüş Rəqsanə dərhal hadisə yerini tərk etsə də, bu gün səhər saatlarında o, polisə aparılıb.

Qəza nəticəsində Rəqsanənin idarə etdiyi «Mercedes-Benz Gelandewagen» tam yararsız hala düşüb. Maşının təhlükəsizlik yastıqlarının açılması ifaçının həyatını xilas edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar