Rəqsanə plastik əməliyyat olundu
21 Dekabr 2011 Çərşənbə 16:07
Müğənninin vəziyyəti ağırdır.
18 dekabrda paytaxtda yerləşən özəl klinikaların birində növbəti dəfə plastik cərrahiyyə əməliyyatı keçirmiş müğənni Rəqsanə İsmayılovanın səhhəti elə də qənaətbəxş deyil. Ev şəraitində müalicəsini davam etdirən qalmaqallı sənətçi, şiddətli ağrılardan yaxa qurtara bilmir. Bizə məlum olan mobil telefonuna cavab verən anası Adilə Həsənova da yazdıqlarımızı təsdiqlədi.

“Sonuncu dəfə keçirdiyi avtomobil qəzasında Rəqsanənin burnu sınmışdı. Nəfəs almaqda çətinlik çəkirdi. Balam məcburiyyət qarşısında qaldığı üçün əməliyyat keçirdi. Dünən gecə evə gətirdik. Özünü yaxşı hiss etmir. Az əvvəl tibb bacısı ağrıkəsici vurdu və indi yuxudadır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar