Rəqsanə: Kim mənə inanmır, başına gəlsin
10 Fevral 2011 Cümə Axşamı 15:45
Şayiələrə görə, müğənninin səhhətində deyil, şəxsi həyatında problemlər var
Müğənni Rəqsanənin mətbuat xidməti ifaçının xərçəng xəstəliyinə tutulması barədə açıqlama yayıb. ANS PRESS-in məlumatına görə, açıqlamada bildirilir ki, bəzi mətbuat orqanları müğənnin xərçəngə tutulmadığını, şəxsi həyatında problemlər yaşadığı iddia edib.
"Mətbuat orqanlarında çıxan xəbərdə bildirilir ki, hər hansı bir mənbə məlumatı təkzib edib. Şayiələrə görə, müğənni Rəqsanənin səhhətində deyil, şəxsi həyatında problemlər var. Mənbə bildirir ki, sənətçi, həyatında olan yaxın bir şəxslə münasibətləri korlandığı üçün stress keçirib və xaricə getməyi qərara alıb", deyə məlumatda qeyd olunur.
Lakin Türkiyədə olan Rəqsanə bu cür şayiələrin əsasız olduğunu bildirib: “Mənim indi belə məsələlərə baş qoşacaq halım yoxdur. Çox xahiş edirəm, mənim dərdim özümə bəsdir. Sevgilisindən ayrılan insan heç bu günə düşərmi? Allahdan qorxmurlar? Bu cür reklam mənə nə gətirə bilər axı? Belə sözləri eşidib, bir az da əsəbləşirəm. Kim ki, mənə inanmır, qoy başına gəlsin, bilsin”.
Sonda Rəqsanə əlavə edib ki, o, həqiqətən də əməliyyat olunmaq üçün Türkiyəyə üz tutub. Müğənni həmçinin Türkiyəyə getdiyinə görə peşman olduğunu da bildirib: “Bura gəldiyimə peşmanam. Deyirlər, İran daha yaxşıdır. Bəlkə, əməliyyatı burada yox, digər ölkədə keçirtdim”.
DOSTLARINLA PAYLAŞ: