Rəqsanə keçmiş sevgilisindən prokurorluğa şikayət etdi
27 Dekabr 2011 Çərşənbə Axşamı 18:25
Rəqsanə: "Bu qardaşlar məni hədələyir, mənə xəsarət yetirəcəklərini bildirirlər".
Populyar müğənni Rəqsanə Nərimanov Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. O, keçmiş sevgilisi Faiq Əzizov və onun qardaşı Fəriddən şikayətçidir.

"Bu qardaşlar məni bezdirib! Bundan əvvəl də maydan başlayaraq onların haqqında prokurorluğa bir neçə dəfə şikayət etmişəm. Onlar məni hədələyir, mənə xəsarət yetirəcəklərini bildirirlər. Lakin hər dəfə sonradan barışmışıq və mən şikayət ərizəmi geri götürmüşəm. Amma artıq səbrim tükənib. Onların hədələrindən cana gəlmişəm. Məni müxtəlif əsassız iddialarla "yükləmələrinə" imkan verməyəcəyəm və onların mənim hesabıma varlanmaq cəhdlərinə son qoyacağam", - deyə Rəqsanə bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar