Rəqsanə Həccə gedir!
15 Noyabr 2012 Cümə Axşamı 12:25
“...açıq-saçıq geyimlərdə efirə çıxa bilməyəcəyəm”
Müğənni Rəqsanə İsmayılova indi də Həccə getmək istəyir. Lent.az-a açıqlama verən Rəqsanə bildirib ki, o, ziyarətə Hacı adını qazanmaq üçün yox, sadəcə ziyarət etmək məqsədi ilə gedir: “Qarşıdan Məhərrəm ayı gəlir. Bu müqəddəs ayda Həccə getmək istəyirəm. Ancaq mənim bu səfərim sırf Hacıxanım adını qazanmaq üçün deyil. Belə ki, siz mollalardan da soruşa bilərsiniz. Belə bir qayda var. Yəni, həccə getmək tək hacı adını almaq demək deyil. Hacı olmağın 7 qanunu var (?-red.). Sadəcə indi ürəyimdən gələn bir arzudur ki, Məhərrəm ayında Məkkəyə gedim”.

Rəqsanə bildirib ki, müğənni olması onun bu adı almasına mane olur: “Mən indi içki məclislərinə gedirəm, dırnaq uzadıram. Amma o adı qazansam, açıq-saçıq geyimlərdə efirə çıxa bilməyəcəyəm. O zaman gərək bu sənətdən uzaqlaşım. Uzaqlaşmasam, günah qazanacağam. Onsuz da hamının yetəri qədər günahı var. Haçansa sənətdən getsəm, ev qadını olsam, onda hacıxanım adının götürərəm üstümə”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar