Rəqsanə əməliyyata hazırlaşır
07 İyun 2009 Bazar 13:00
Müğənninin üz dərisindəki problemlər tam aradan qalxmadığı üçün yenidən həkimə müraciət edəcək

Sonuncu dəfə üzündə və bədənində bir dəfəyə səkkiz plastik əməliyyat keçirən Rəqsanə yenidən əməliyyat masasına uzanmağa hazırlaşır. ANS PRESS-in «İstiot»a istinadən verdiyi məlumata görə, üz dərisindəki problemi tam həll olunmadığından, müğənni payızda yenidən plastik əməliyyat keçirməyə qərar verib. O səhnə adamı olduğu üçün xarici görünüşündə heç bir qüsur qalmayanadək əməliyyat etdirməyi düşünür. Rəqsanə növbəti əməliyyatın sonuncu olacağına ümid edir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar