Rəqsanə bıçaq altına girəcək
18 Mart 2013 Bazar Ertəsi 08:33
Rəqsanənin əməliyyatı bu dəfə 8 saat çəkəcək.
Ərə getməyə hazırlaşan müğənni Rəqsanə İsmayılova toy qabağı özünə əl gəzdirmək fikrinə düşüb. ANS PRESS-in məlumatına görə, gözəlləşmək naminə dəfələrlə üzünə və bədəninin bir neçə nahiyəsinə cərrahi müdaxilələr etdirən müğənni növbəti dəfə bıçaq altına girəcək.

Müğənni sözügedən əməliyyatını Novruz bayramından sonraya planlaşdırdığını deyir: "Bayramı keçirdikdən sonra, Moskvada azərbaycanlılar qarşısında konsert proqramı ilə çıxış etdikdən sonra Türkiyəyə qayıdıb, əməliyyata orada girəcəm. Bu dəfə özümü türk həkimlərinə həvalə edəcəm. Həkimlər əməliyyatın 8 saat davam edəcəyini deyirlər. "

Plastik əməliyyatlarını sayı 10-u keçən R.İsmayılova bu dəfə harasını əməliyyat etdirəcəyini açıqlamaq istəmədi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar