Rəqqasə Ledi Qaqanın başına qusub
14 Mart 2014 Cümə 17:48
Rəqqasə iki barmağını boğazına salaraq gözlənilməz iyrənc hərəkət edib, Ledi Qaqanın başına qusub.
Dünya şöhrətli müğənni Ledi Qaqa hər kəsi şoka salıb. ANS PRESS-in məlumatına görə, məşhur ifaçı qeyri-adi və gözlənilməz hərəkətləri ilə gündəmə gəlib.

27 yaşlı sənətçi 2014 SXSW Music, Film+Interactive Festival-da iştirak etmək üçün Texasa yollanıb. ABŞ-ın ən çox məşhur qəbul edən şəhəri olan Texas inanılmaz şounun şahidi olub.

Qaqa "Swine" (donuz) adlı mahnısını ifa etdiyi zaman musiqiçilərindən birinin yerində əyləşib. Coşğun ifa zamanı rəqqasələrdən biri müğənniyə yaxınlaşıb. Daha sonra isə iki barmağını boğazına salaraq gözlənilməz və iyrənc hərəkət edib. O, Ledi Qaqanın üstünə qusmağa başlayıb.

Şou zamanı rəqqasə bir daha məşhur ifaçının başına qusub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar