Rəqqasə Fatimə və İlham Misirə gedir
07 Mart 2013 Cümə Axşamı 11:15
Fatimə və İlham Misirdə "Milli Folklor və Zərb alətləri" adlı Beynəlxalq Festivala dəvət alıblar.
Tanınmış rəqqasələr Fatimə Fataliyeva və İlham Kərimli xaricə səfərə hazırlaşır. ANS PRESS-in məlumatına görə, rəqqasələrin xarici səfərinin məqsədi Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin təşkil etdiyi cari ilin 19-26 aprel tarixilərində Qahirədə keçirilən "Milli Folklor və Zərb alətləri" adlı Beynəlxalq Festivala dəvət edilməsidir.

Adı çəkilən mərkəzin müdiriyyəti tərəfindən bir neçə dəfə mükafatla təltif olunan rəqqasələrə, bu dəfə təşəkkürnamə mükafatı ilə təltif olunacağı da gözlənilir.

Rəqqasələrimiz ənənəyə görə bu festivala milli geyimdə qatılmalı və milli rəqslərimizi nümayiş etdirməlidir. Hal-hazırda festivala hazırlıqlarını davam etdirən rəqqasələr festivaldan qayıtdıqdan sonra özləri bu barədə mətbuata açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, hər il keçirilən bu festivalda ötən il 23 ölkə milli folklorlarını nümayiş etdirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar