Rəqqasə Fatimə: Mən alverçi deyiləm
03 Fevral 2010 Çərşənbə 18:30
Rəqqasə Fatimə haqqında yazılanların yalan olduğunu deyir.
Rəqqasə Fatimə Urumçidən satılıq mal gətirməsilə bağlı yayılan şaiyələrdən yaman əsəbləşib. Bu barədə ANS PRESS-ə açıqlama verən Fatimə dünən gecə 23:30-da İstanbuldan Bakıya uçuş etdiyini etiraf edib.
“Özüm gəlməmişdən bir gün əvvəl Çindən Bakıya gəldiyimi yazıblar. Halbuki, mən bu gecə gəlmişəm. Düzdür, əvvəlcə Çinə getmişdim. Son iki günü isə İstanbulda oldum. Özüm bura gəlib çıxmamış, alver məqsədi ilə Çin malları gətirməyimlə bağlı xəbərlər yayılıb. Yazıblar ki, Urumçidən külli miqdarda satış üçün nəzərdə tutulmuş mal gətirmişəm."
Haqqında yazılanların 90 faizinin yalan olduğunu deyən rəqqasə etiraf edir ki, Çində olmasına baxmayaraq, Urumçi şəhərinin hansı tərəfində yerləşdiyini bilmir. Yalnız Pekin və Şanxay şəhərlərində olduğunu deyən Fatimə anası və qızı üçün bazarlıq etdiyini söyləyib.
"Alverlə məşğul olmaq ayıb iş deyil, amma mənim öz sənətim var. Hələ ki, sənətimlə məşğul oluram, bəsimdir”,- deyə o əlavə edib.
Çin səfərinə gəldikdə isə dünya xalqlarının rəqsləri ilə maraqlandığını xatırladan Fatimə çinli rəqqasələrdən dərs almağı düşünürmüş. Lakin orada çox qalmaq imkanı olmadığından, oradan Çin rəqslərindən ibarət bir neçə disk alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: