Reqqase Fatime Feteliyeva en bahalı paltarı açıqladı
09 İyul 2013 Çərşənbə Axşamı 11:49
Reqqase Fatime Feteliyeva: Bu, menim en deyerli paltarımdır.
Rəqqasə Fatimə Fətəliyevanın yay istirahətini Maldiv adasında keçirmək arzusu baş tutmayıb. Bu barədə Axşam.az saytına açıqlamasında rəqqasənin özü bildirib. Onun sözlərinə görə, hər zaman bu adaya istirahətə getməyi istəyib: “Amma deyirlər ki, indi orada yağışlar olur. Mən də səfərimi payıza təxirə saldım. Hazırda Bali adasına yollanmağa hazırlaşıram. Ayın sonunda gedəcəyəm”.
Fatimə yeni rəqs hazırladığından və onun üçün bahalı libas aldığından söz açıb: “İki yeni rəqs hazırlayıram: qaraçı və hind rəqsi. Çox gözəl və maraqlı alınacaq. Onun üçün 1300 manat verib rəqs paltarı almışam. Bu, mənim ən dəyərli paltarımdır. Həmişə ən çox 500 manat ödəyirdim”.
Rəqqasə özünə titul qoyan müğənnilərə xalqın güldüyünü deyib: “Mənə titul lazım deyil. İstəmirəm ki, camaatı özümə güldürüm. Mənə sevimli, zövqlü rəqqasə deyirlər. Bu, bəsimdir”.
DOSTLARINLA PAYLAŞ: