Rəqqasə Fatimə əsgərlər qarşısında
17 İyun 2014 Çərşənbə Axşamı 11:03
Rəqqasə Fatimə: Daxili Qoşunların rəqs ansamblının solistiyəm.
Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva “Qurtuluş günü” münasibəti ilə Daxili Qoşunların “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib.

ANS PRESS-ə açıqlama verən rəqqasə bildirib ki, o, artıq illərdir ki, Daxili Qoşunların rəqs ansamblının solistidir:

“Artıq bir neçə ildir ki, daxili qoşunların rəqs ansamblının solistiyəm. Hər zaman Azərbaycanın bölgələrində Daxili qoşunların “N” saylı hərbi hissələrində təşkil olunan konsertlərində sevə-sevə iştirak edirəm. Məhz həmin konsertlərdən biri də “Qurtuluş günü” münasibətilə təşkil olundu. Konsertdə həmkarım Etibar Məmmədovla birgə gözəl rəqs nümunələrini təqdim etdik".

Çıxışlarının alqışlarla qarşılandığını deyən rəqqasə əsgərlərin qarşısında konsert verməyi sevdiyini vurğulayıb. Əlavə olaraq vurğulayıb ki, bu konsertdən savayı Azərbaycanın digər bölgələrində də çıxış edəcək: "Bölgələri qarış-qarış gəzib, əsgərlərimizə konsert verəcəyik. Sonda onu da əlavə etmək istəyirəm ki, hər zaman bir rəqqasə və adi bir vətəndaş kimi vətənim Azərbaycan üçün əlimdən gələni etməyə hazıram”.

Xatırladaq ki, “Qurtuluş günü”nə həsr olunmuş konsertdə əməkdar artist Səlim Abbasov, müğənni Aslan Hüseynov və digər tanınmış müğənnilərin çıxışı olub.
Qeyd edək ki, Azərbaycanda “Qurtuluş günü” 1997-ci il iyunun 15-də bayram elan olunub. Məhz həmin ildən qeyd olunan bayrama 1998-ci ildə dövlət statusu verilib.









DOSTLARINLA PAYLAŞ:

oyunlar