Rəqqasə Fatimə DVD diskini təqdim etdi
09 Fevral 2010 Çərşənbə Axşamı 17:00
Rəqqasə Fatimə DVD diskini təqdim etdi. Diskdə milli rəqslərimizlə yanaşı hind, ispan, misir və fars rəqsləri yer alıb.
Rəqqasə Fatimə bu gün mətbuat konfransı keçirib. Mətbuat konfransında Fatimənin rəqslərindən ibarət DVD diskinin təqdimatı keçirilib. Rəqqasənin yeni diskinə 25 rəqsi daxil edilib. Bu diskdə milli rəqslərimizlə yanaşı hind, ispan, misir, fars rəqsləri yer alıb.

"Gələcəkdə bütün dünya xalqlarının rəqslərini repertuarıma salmağı düşünürəm. İnşallah, rəqslərimin sayı artdıqca, yeni DVD-lərimi sevənlərimə təqdim edəcəm" deyən rəqqasə bunun son işi olmadığına ümid etdiyini bildirib.

Təqdimat mərasimində müğənni Lalə Məmmədova, Kərim, Manaf Ağayev, rəqqasə Aliyə Ramazanova, habelə gülüş ustaları Rafael və Coşqun iştirak edib. Sənət yoldaşları rəqqasənin bu addımını alqışlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar