Reper 50 Centin müdhiş görməmişliyi
08 Noyabr 2010 Bazar Ertəsi 07:00
50 Cent “Twitter”ə pul yeyərkən çəkilmiş şəklini yükləyib.
Dünyanın məhşur reperlərindən biri olan 50 Cent “Twitter”ə pul yeyərkən çəkilmiş şəklini yükləyərək böyük görməmişlik nümayiş etdirib. Həqiqi adı Ketris Ceyms Cekson olan 35 yaşlı reperin bu şəkli məsxərə mövzusu olub.

Qeyd edək ki, foto-şəkillərdən birində reper qarşısına topladığı pullarla oynayır, və şəklin altına, “Bunlarla Las-Veqasa gedirəm və pullar 2 qat çoxalacaq” yazılıb.

Başqa bir şəkildə isə 50 Cent əlinə xeyli pul yığıb və şəklin altında, “deyəsən varlıyam” yazılıb.

Daha bir şəkildə reper pul dəstələri ilə böyük bir ürək düzəldib və şəklin altına, “kim deyir ki mənim ürəyim yoxdur?” – yazıb.

Reperə görməmiş titulunu qazandıran şəkildə isə 50 Cent qarşısındakı boşqaba xeyli pul yığıb və şəklin altında, “Yeyirəm, yeyirəm yenə də acam” yazılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar