Remiş övladlarından küsüb?
24 İyun 2013 Bazar Ertəsi 12:27
Mənim namusum da, ailəm də hər kəsə məlumdur.
Gitaraçı Rəmiş qızlarından inciyib? Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramının qonağı olan tanınmış gitaraçı Rəmiş aparıcını efirdə pərt edib. O, Rəmişə qızları ilə barışmağı təklif edib. Hətta onların televiziyaya gələcəyini və efirdə ataları ilə barışacaqlarını deyib.
Bundan sonra Rəmiş qəzəblənib: “Qızlarımın efirdə nə işi var? Evimin qapısını tanıyırlar, gəlsinlər sözlərini desinlər. Buna qəti şəkildə etiraz edirəm. Mənim namusum da, ailəm də hər kəsə məlumdur”.
Qeyd edək ki, sənətçinin 2 qızı, 3 nəvəsi var.
DOSTLARINLA PAYLAŞ: