Rekord yoxsa görməmişlik?
18 Fevral 2011 Cümə 05:43
Türkiyəli aktrisa 8 saat alış-verişlə məşğul olub
Geniş tamaşaçı kütləsinə sahib “Fatmagülün Suçu Ne” serialında filmin qəhramanı olan Fatmagülün qardaşı arvadı Mükaddes rolunu canlandıran Esra Dermancıoğlu qeyri-adi rekorda imza atıb. “Bugün” qəzetinin yaydığı məlumata görə, Dermancıoğlu daha çox məşhurların getdiyi “İstinye Park” ticarət mərkəzində nə az, nə də çox 8 saat alış-verişlə məşğul olub.

Qeyd edək ki, Esra Dermancıoğlu daha əvvəl də məşhur olduqdan sonra ərindən boşanaraq mətbuatın gündəminə gəlmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar