Rejissor Namiq Ağayev Türkiyeye köçür?
27 Sentyabr 2013 Cümə 08:50
Namiq Ağayev in fealiyyetini dayandıraraq Türkiyeye gedeceyi ile bağlı xeberler yayılmaqdadır.
Bir cox tanınmış kliplərin rejisoru kimi tanınan Namiq Ağayevin fəaliyyətini dayandıraraq Türkiyəyə gedəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır.
Bu barədə ANS PRESS-ə məlumat verən etibarlı mənbənin sözlərinə görə, rejissor dostları vasitəsi ilə qardaş ölkədə iş də tapıb.
Mənbənin sözlərinə görə, onun bu addımı atmasına səbəb, rejissor həmkarları ilə onun arasında baş verən qalmaqallı dava olub.
ANS PRESS-in əməkdaşı bu məsələyə aydınlıq gətirmək üçün rejisor Namiq Ağayevlə telefon əlaqəsi saxlayıb. Bir vaxtlar Türkiyədə işlədiyini deyən rejissor qeyd edib ki, bu ölkəni çox sevdiyi üçün kino fəaliyyətini genişləndirmək istəyir: "Qaldı ki, yaxın günlərdə getməyə, hələlik ora köçməyə ehtiyac yoxdur. Amma gedib-gəlmək yaxşıdır".
Sualımızı tam cavablandırmayan rejissor, yalınz "Yaşayarıq, görərik" - deyərək, telefonu söndürdü.
DOSTLARINLA PAYLAŞ: