Rejissor məşhur aktrisa Hazal Kayanı qovmaqla hədələdi
01 Dekabr 2011 Cümə Axşamı 06:38
Feriha rolunun ifaçısı çəkiliş meydanında telefonla çox danışdığı üçün qovulmaqla hədələndi.
Türkiyənin tele-kanallarından birimdə nümayiş olunan “Adını Feriha Qoydum” serialında Feriha rolunun ifaçısı Hazal Kayanın çəkiliş vaxtı mütəmadi olaraq telefonla danışması problemə səbəb olub. Axırıncı dəfə isə hovuz səhnəsi çəkildiyi vaxt aktyorlar soyuq suda gözləməsinə baxmayaraq Hazal Kaya yenə də telefonla danışdığı üçün həmin səhnənin çəkilişinə gecikib. Onun bu hərəkəti narazılıqla qarşılanıb. Serialın rejissoru, “Nə telefonunu bağlayacaqsan, nə də bu filmdən çıxıb gedəcəksən!” – deyərək aktrisaya xəbərdarlıq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar