Ekstravaqant bəstəkar-müğənni Rəhim Rəhimli yenidən seçilməyi bacardı. Belə ki, o, xanımlardan aldığı çox saylı evlilik təkliflərini mahnıya çevirdi. ANS PRESS-in məlumatına görə, bunu həyata keçirmək isə Alovlu Ülviyyənin payına düşüb.
“Mahnının musiqisi çox ritmik və xoş əhval ruhiyyəli olduğu üçün mən də mahnıya məzəli sözlər yazdım. Dostum Rəhimin çox saylı qız pərəstişkarlarını görüb Rəhimə məhz bu mövzuda sözlər yazmaq istədiyimi dedim. O da bu fikrimi çox bəyəndi. Ümid edirəm ki, dinləyicilər də bəyənəcək”.
Qeyd edək ki, Rəhim Rəhimli və Alovlu Ülviyyə tandemi bir çox məşhurlar üçün mahnılar yazsa da, məhz Rəhimin öz repertuarı üçün bu, onun ilk işidir. Musiqisi Rəhim Rəhimlinin özünə, sözləri Alovlu Ülviyyəyə aid “Ay, ay, ay” mahnısını sizə təqdim edirik: