Müğənni Rəhim Rəhimli Yetər mahnısına görə Nadir Qafarzadədən halallıq alıb.
Populyar müğənni Rəhim Rəhimli 2012-nin hitini ekranlaşdırıb. ANS PRESS-in məlumatına görə, ifaçı özünün müəllifi olduğu “Yetər” adlı mahnısına klip çəkdirib. Klipi rejissor Anar Hüseynov “white parti” əhval-ruhiyyəsində çəkib. Pozitiv ruhda ekranlaşdırılmış klipdə çəkilən 80 nəfər çəkilib. Çəkilənlər arasında yerli modellərlə yanaşı klip üçün xüsusilə dəvət olunmuş əcnəbi modellərlə var. Klipdə hər kəsin, eləcə də Rəhim Rəhimlinin bəyaz geyimdə olması tamaşaçıya pozitiv enerji verir.
Rəhim Rəhimli “Yetər” mahnısını müğənni həmkarı Nadir Qafarzadə üçün yazdığını söylədi: “Mən bu mahnını Nadir Qafarzadə üçün yazmışdım. Halallığını alıb özüm də oxudum.”
Müğənni, bəstəkar və enni zamanda aparıcı kimi tanınan Rəhim Rəhimli “Yetər” klipinin çəkilişlərində özünü prodüser kimi də sınayıb. Yəni klipin prodüserliyini ifaçı özü edib.
Rəhim Rəhimlinin "Yetər" klipi 16 000 manata başa gəlsə də, smeta dəyəri dəfələrlə artıq olaraq açıqlanan heç bir yerli klipdən geridə qalmır.