Rəhim Rəhimli xəsarət alıb
27 Fevral 2010 Şənbə 15:30
Müğənni Rəhim Rəhimli nəyə görə, efirə eynəklə çıxdığı məlum olub.
Müğənni Rəhim Rəhimli ehtiyatsızlığın qurbanı olub. Bu barədə ANS PRESS-ə Rəhim Rəhimlinin özü məlumat verib. Hadisə gecəyarısı səsyazma studiyasından çıxarkən baş verib. Rəhim Rəhimlinin başı dəmir barmaqlıqlara dəyib.

“Studiyadan çıxıb dostlarımla sağollaşdım və başımı geri çevirdikdə arkanın altındakı kondisionerin çərçivəyə alındığı dəmir barmaqlıq sanki gözümə girdi. Qaranlıq olduğundan onu görə blməmişəm”, deyə Rəhim Rəhimli bildirib.

Nəticədə müğənninin üz nahiyəsinin sağ tərəfi ciddi zədələnib və güclü qanaxma baş verib. O, dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanada Rəhimə dərhal ilkin yardım göstərilib, qanaxmanın qarşısı alınıb. Rəhim Rəhimlinin qaşının üstünə 3 tikiş qoyulub.

Bu gün ANS TV-nin "İncə maraqlar" verilişinin qonağı olan müğənni yarasını gizlətmək üçün iri qara eynək taxmalı olub. Müğənni bildirib ki, yalnız ağrıkəsici qəbul etdikdən sonra efirə çıxa bilib.

"Özüm də aparıcıyam. Verilişimə dəvət etdiyim qonağın gəlib çıxmaması hər şeyi alt üst edir. "İncə maraqlar" verilişi canlı olduğundan gəlməyə bilməzdim. Əgər gəlməsəydim, Rövşanə xanımı çətin vəziyyətdə qoya bilərdim" -deyə R. Rəhimli qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar