Rafet El Roman kinoya qayıdır
10 İyun 2013 Bazar Ertəsi 06:07
Rafet El Roman 13 il fasilədən sonra yeni bir filmlə pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşır.
Tanınmış türk müğənnisi Rafet El Roman illərdir üzərində işlədiyi film layihəsini yaxında həyata keçirəcəyini açıqlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni 13 il fasilədən sonra yeni bir filmlə pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşdığını bildirib.

O, filmin ssenarisini yazdığını, filmdə rol alıb-almayacağına isə hələlik qərar vermədiyini deyib. Filmin adının “Börtü” olacağını bildirən Rafet El Roman, produserliyi də boynuna götürəcəyini qeyd edib. “Börtü”nün rejissoru isə Dəniz Akel olacaq.

Film bir ata ilə qızın həyatından bəhs edəcək.

Xatırladaq ki, Rafet El Roman bu günə kimi “Propaqanda” və “Dar sahədə qısa paslaşmalar” adlı filmlərdə rol alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar