Qurbağaların Tarkana gətirdiyi “şans”
02 Noyabr 2010 Çərşənbə Axşamı 07:05
Tarkan 25 hektar ərazidə tikdirdiyi villasını təbiətə olan vurğunluğu səbəbilə tərk edib.
Türkiyənin məhşur müğənnisi Tarkan Tevetoğlu İstanbulun ən səfalı guşəsində tikdirdiyi villasını tərk etməli olub. Buna səbəb isə mega-starın evi tikdirdiyi vaxt etdiyi kiçik stratejik bir səhv olub.
Qeyd edək ki, Tarkan 2004-cü ildə İstanbul Beykoz vilayətinin Ögümcə kəndində 1.5 milyon lirəyə (841 200 manat) aldığı 25 hektarlıq ərazidə ev tikdirib. Müğənni “Gizli Cənnətim” dediyi bu evin həyətində toyuq hini, tövlə tikdirib və süni göl saldırıb.
Şans gətirəcəyinə inandığı üçün gölə 2 qurbağa buraxan sənətçi bunun gələcəkdə onun üçün hansı çətinlikləri yaradacağını fikrləşə bilməyib. Keçən müddət ərzində isə gölə buraxılan 2 qurbağanın sayı çoxalaraq 100-ə çatıb. Tarkan qurbağaların səsindən gecələr yata, gündüzlər işləyə bilməyib.
Tarkanın köməkçiləri qurbağaları göldən köçürməyi təklif etsələr də təbiəti sevən müğənni bu fikri bəyənməyib və özünün bu evi tərk edəcəyini bildirib. “Bu böyük vicdansızlıq olar. Bu evdən qurbağalar yox, mən gedəcəyəm”.
Villasını qurbağaların ixtiyarına verən Tarkan İstanbulun Tarabya səmtindəki evinə köçüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: