Qaynatasının Röyaya hədiyyə etdiyi gəmi mövcuddurmu?
20 Fevral 2010 Şənbə 17:35
Müğənni gəminin nə özünü, nə də sənədlərini göstərmir
Müğənni Röya oğlu Hüseyni dünyaya gətirdikdən sonra qaynatasının ona gəmi hədiyyə etdiyini mətbuata bəyan etmişdi. Müğənninin səs-küyə səbəb olan açıqlamasına çoxları inansa da, bəziləri də qaynatasının onlara gəmi hədiyyə etməsinin həqiqətə uyğun olmadığını bildirirdilər. Müğənninin yaxın ətrafından aldığımız məlumata görə, Röyanın qayınatası nəinki onlara gəmi bağışlamayıb, oğlu Anarın cibxərcliyindən savayı, ümumiyyətlə onlara maddi dəstək göstərmir.

Məsələyə aydınlıq gətirmək üçün müğənninin köməkçisi Kənanla əlaqə saxladıq və Anarın atasının hədiyyəsinin, yəni gəminin şəklini çəkmək istədiyimizi bildirdik. Kənan ANS PRESS-ə açıqlamasında hədiyyənin mövcudluğunu təsdiqləsə də, gəminin nə özünü, nə də sənədlərini bizə göstərmək niyyətində olmadığını söylədi. Məqsədimizin hədiyyənin yalan olmadığını sübut etmək olduğunu dedikdə isə o, heç kimin fikrinin onlar üçün maraqlı olmadığını bildirdi.

Müğənninin adını açıqlamaq istəmədiyi yaxın ətrafından aldığımız məlumata görə, ailənin bütün xərcləri Röyanın üzərinə düşür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar