Qardaşı boşanmış Röya Ayxana dəstək oldu
12 Avqust 2014 Çərşənbə Axşamı 13:58
Anar ilə boşandıqları barədə xəbər yayılan məşhur müğənni Röya Ayxanın qardaşı ona dəstək çıxdı.
Bir müddət öncə həyat yoldaşı Anar ilə boşandıqları barədə xəbər yayılan məşhur müğənni Röya Ayxanın qardaşı ona dəstək çıxdı.

ANS PRESS-in məlumatına görə, İsmayıl Nəcəfov yayılan xəbəri təsdiqləyən bacısına məsləhət verib. Türkiyədə yaşayan və müğənnilik fəaliyyətinə start verən gənc sosial şəbəkə vasitəsi ilə fikirlərini bildirib. O, Röyanı heç kimin fikrini dinləməməyə və öz yoluna davam etməyə çağırıb.

Ürək sözlərinin altından da, Röyanın yeni "Mən sənsiz" adlı mahnısının qısa versiyasını yükləyib.

Qeyd edək ki, İ. Nəcəfov Türkiyədə bir neçə dəfə konsert proqramları ilə izləyicilərinin qarşısına çıxıb. Həftə sonları isə daha çox gənclərin toplandığı restoranda çıxış edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar