Qaqa yumurtalara hədəf olub
14 İyul 2011 Cümə Axşamı 11:03
Müğənni Qaqaya Sidney konsertindən sonra ona yumurta atmağa cəhd edilib.
Dünyanın ən məşhur müğənnilərindən olan və qeyri-adi geyim tərzi, stili ilə seçilən Ledi Qaqa yumurtaların hədəfi olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ona Sidneydə verdiyi konsert zamanı yumurta atmaq cəhdləri olub.

İnsident iyulun 12-də olan konsertdən sonra baş verib. Belə ki, o klubu tərk edərkən bir qrup şəxs onu yumurta atəşinə tutmaq istəyib. Yumurtalar Ledi Qaqaya dəyməsə də, bir neçə cangüdənin bəxti gətirməyib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar