"Qan" qrupu "Təlqim" mahnısını təqdim etdi
23 Avqust 2010 Bazar Ertəsi 19:00
"Qan" qrupu "Təlqim" mahnısını təqdim etdi. Sözügedən mahnı bu gün ANS ÇM-in efirindən səslənib.
"Qan" qrupunun ifa etdiyi “Təlqim” adlı mahnısı bu gün ANS ÇM-də səslənib. Sözügedən qrupun yaradılmasından çox az vaxt keçsə də, artıq onun haqqında musiqisevərlərdə məlumat var. “Qan” qrupu bir həftə öncə Daxili İşlər Nazirliyinin Milli Qəhrəman Çingiz Mustafayev adına Uşaq Düşərgəsində ilk konsertini verib. Qəhrəman jurnalistin 50 illik yubileyinə həsr olunmuş tədbirdə müğənni Elnarə Xəlilovanın yeni yaratdığı "Qan" qrupunun ifasında səslənən "Azəri", "Yaddaş", "Dünyanın sakinləri", "Xilaskar", "Qapaq", "İyninəm", "Təlqin", "Qırmızı", "Meşə" və "Hamam" mahnıları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Rok musiqisi ilə yanaşı mahnıların məzmunu və mətni sözün əsl mənasında damarlarda qanları oynadıb. Qrup üzvlərinin özlərinin yazdıqları mahnıların sözləri dinləyicini sanki üsyana çağırır. "Qan" qrupu öz musiqiləri ilə çoxlarının ürəyindən keçən, lakin pıçıltı ilə belə dilə gətirməyə qorxduğu fikirləri qışqırtı və hayqırtı ilə aləmə car çəkir.

Onu da qeyd edək ki, avqustun 29-u Şəki şəhərində Azərbayjanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 50 illik yubileyinə həsr olunmuş konsert təşkil olunacaq. Həmin konsertdə “Qan” qrupu çıxış edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar