Qalmaqallı Hollivud aktrisası kirayə pulunu ödəyə bilmir
11 Dekabr 2012 Çərşənbə Axşamı 11:31
Lindsi Lohan borc içində üzür
Hollivudun qalmaqallı aktrisası Lindsi Lohanın maddi vəziyyəti olduqca ağırlaşıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa evin kirayə pulunu ödəyə bilmir.
Bir müddət əvvəl dostları ilə görüşən Lohan Beverli Hillzdə qaldığı evin kirayə pulunu heç cür toplaya bilmədiyini etiraf edib. Aktrisa ayda həmin mənzilə 8000 dollar ödəyir. Mətbuat yazır ki, Lohan vəziyyətdən çıxmaq üçün ev sahibləri ilə müqaviləni pozmaq qərarına gəlsə də, bu alınmayıb.
Ev sahibləri Lohanı cərimə edəcəkləri ilə hədələyiblər. Bundan başqa, "qalmaqallar gözəli"nin vergi borcu isə 200 min dollara çatıb.
DOSTLARINLA PAYLAŞ: