PSY Türkiyədə verilən suala təəccübləndi
22 Fevral 2013 Cümə 05:17
Tərcüməçi ingiliscə verilən sualı koreyalı müğənni üçün türkcə səsləndirib.
Türkiyədə səfərdə olan “Gangnam Style” mahnısının ifaçısı PSY ötən gün mətbuat konfransı keçirib. Türkiyə ilə Cənubi Koreya arasında həmişə qardaşlıq əlaqəsi olduğunu deyən müğənni “You-Tube”da onun klipini ən çox izləyən 3-cü ölkənin Türkiyə olduğunu deyib və buna görə təşəkkür edib.

Daha sonra müğənniyə istiqamətlənmiş ingiliscə “Uğuru mahnıya yoxsa rəqsə görə qazandınız?” sualını tərcüməçinin türkcə səsləndirməsi PSY-nin təəccübünə səbəb olub. Bu vəziyyət qarşısında ağzı açıq qalan müğənni, “Mənə ingiliscə verilən sualı siz türkcə səsləndirirsiniz” – deyərək gülüb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar