Primadonna ərə gedir
22 Dekabr 2011 Cümə Axşamı 14:00
Alla Puqaçeva və Maksim Qalkinin toyu Milad bayramında olacaq
"Hamı bilir ki, 10 ildir öz sevgilimlə nağıllarda olduğu kimi yaşayıram. Bəxtim gətirib ki, məni olduğum kimi sevən kişi ilə yaşayıram. Maksimlə çox xoşbəxtəm." Bu sözləri Rusiyanın məşhur müğənnis, xalq artisti Alla Puqaçova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində etiraf edib.

Primadonna Maksimlə münasibətlərindən də danışıb: "Bu yaxınlarda Maksimin Qryaz kəndindəki qəsrinə köçmüşük. Və Maksim hər şeyin qayğısına qalıb ki, mən nə bostan haqqında düşünüm, nə də yemək hazırlayım. Orada bostanla məşğul olan və yemək hazırlayan var. Əlbəttə ki, mən ev işləri ilə məşğul olmağı sevirəm, amma bizim qulluqçumuz da var. Maksim mənim qəsrdə ulduz kimi yaşamağım üçün hər şey edib. Baxmayaraq ki, xoşbətlik üçün mənə çox şey lazım deyil. Mən həmişə, bütün həyatım boyu aza qane olmuşam. Biz Maksimlə artıq on ildir birlikdəyik.

Və Allah eləsin bu, uzun çəksin. Mənə bu insan çox xoşbəxtəm."

15 noyabrda Alla Puqaçova və Maksim Qalkin birlikdə yaşamalarının 10 illiyini qeyd etdilər. Zaman zaman cütlüyün münasibətlərini rəsmiləşdirdiyi xəbərləri yayılır. Alla Borisovna gülümsədi və "Maksimlə bizə belə də yaxşıdır. Həmişə bizi evləndirirlər. Ancaq nigah institutu məni məyus etdiyindən, ərlə olmaq istəyirəm, ərə getmək istəmirəm. Və möhür elə də vacib deyil. Əsas odur ki, xoşbəxtlik olsun. Lakin hər dəfə belə şayiələr yayıldıqca biz dostlarımızla yığışıb bayram edirik"-deyə əlavə edib.

Lakin cütlüyün yaxın dostları Puqaçova və Qalkinin hər şeyə rəğmən evlənmək qərarına gəldiklərini deyirlər. Mərasimə onların yaxın ətrafı və qohumlar dəvət olunub. Alla və Maksimin toyu şənbə günü, 24 dekabrda - katoliklərin Milad bayramı ərəfəsində olacaq.

Özünü Allanın bacısı adlandıran, müğənninin ən yaxın rəfiqəsi olan biznes ledi Alina Redel, rəfiqəsinin və Maksimin toyunun Moskva restoranlarının birində düzənlənəcəyini deyir: "Bu gözəl cütlüyə görə çox xoşbəxtəm. Onlar artıq 10 ildir bir yerdədirdər. Arzu edirəm ki, Alla və Maksim bir-birlərinə hörmətlə öz sevgilərini qoruyub saxlasınlar. Onların romanları mənim gözümün qarşısında inkişaf edib. Hazırda biz toya hədiyyələr hazırlayırıq. Alla ilə Maksim çox qonaq çağırmayıblar. Ən yaxın dostlarla Moskva restoranlarının birində yığışacağıq."


DOSTLARINLA PAYLAŞ:

oyunlar