“Ciciş bacılar” kimi tanınan Esra Ersoy polisə əl qaldırıb.
Türkiyədə qalmaqalları ilə məşhur olan, ölkə şou-biznesində “ciciş bacılar” kimi tanınan Esra və Ceyda Ersoy bacılar növbəti qalmaqalla mətbuatın gündəminə gəliblər.
ANS PRESS-in məlumatına görə, Esra Ersoy bu dəfə polislərlə dalaşıb.
Belə ki, “Cip”lə yol qaydalarını pozan müğənni polis tərəfindən saxlanılıb. Polis onun maşınını cərimə meydançasına aparmaq istəyib. Esra Ersoy buna imkan verməyib. Polisə küçənin ortasında sillə vurub. Daha sonra polis maşınını əzib. Sonra isə maşınına minərək qapıları bağlayıb.
Bununla bağlı Esra Ersoy məhkəməyə verilib. Onun ölkədən çıxmasına qadağa qoyulub. Onun həbs olunacağ gözlənilir.