Polis müğənnini soyunmağa məcbur edib
05 Dekabr 2009 Şənbə 21:50
Rihanna üst geyimlərini çıxartdıqdan sonra hava limanına buraxılıb
Məşhur müğənni Rihanna hava limanına girərkən polis əməkdaşı tərəfindən saxlanılıb. Belə ki, 21 yaşlı müğənni yoxlama üçün nəzərdə tutulan aparatın yanından keçərkən aparat səs salmağa başlayıb. Bunu görən, polis əməkdaşı Rihannadan soyunmasını xahiş edib.
Los Ancelesdə hazırladığı yeni albom üçün yarıçılpaq pozalar verən müğənni xahişdən imtina etdikdə isə polis əməkdaşı onu məcburən soyundurmaq məcburiyyətində qalıb. Rihanna üst geyimlərini çıxardıqdan sonra hava limanına buraxılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: