Polad Alemdarın ürəyində problem yarandı
12 Mart 2013 Çərşənbə Axşamı 08:50
Aktyor anjio əməliyyatı olub.
"Kurtlar Vadisi"nin Polad Alemdarının ürəyində problem yaranıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, aktyor Necati Şaşmazın bir səhnənin çəkilişi zamanı səhhətində problem yaranıb. Maslak Acıbadəm Xəstəxanasına aparılan aktyorun ürəyində anjio əməliyyatı edilib.
Üç ay öncə evlənən aktyorun vəziyyətinin əməliyyatdan sonra yaxşı olduğu bildirilir. Əməliyyatdan sonra onun həyat yoldaşı Nagehan Kaşıkçı bir an olsun belə yanından ayrılmayıb. Onu əlləri ilə yedirib. Ananlizlərin cavabı təmiz çıxandan sonra cütlük rahat nəfəs alıb.
DOSTLARINLA PAYLAŞ: