Polad Alemdarın Muhamməd adına qarşı həssasiyyəti
19 May 2010 Çərşənbə 04:30
Polad Alemdar: “Bütün həyatım boyu fəxr etdiyim bu ada olan hörmətim səbəbilə gündəlik həyatda bu addan istifadə etmirəm”.
“Kurtlar Vadisi Pusu” serialında Polad Alemdar rolunun ifa edərək böyük tamaşaçı audutoriyasının rəğbətini qazanan Necati Şaşmazın adının əvvəlində Muhamməd adı (Muhammed Necati Şaşmaz) olduğu məlum olub. Şaşmaz bu addan istifadə etməməsi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib. O, bu adı gizlətmədiyini, əksinə ömür boyu bu adla fəxr edəcəyini deyib: “Ön adım olan Muhammədi gizlətdiyim doğru deyil. Bu barədə söhbət belə gedə bilməz. Bütün həyatım boyu fəxr etdiyim bu ada olan hörmətim səbəbilə gündəlik həyatda bu addan istifadə etmirəm”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: