Polad Alemdar əldə etdiyi məlumat əsasında baş verəcək sui-qəsdin qarşısını almağa çalışacaq.
Reytinq rekordları qıran və mövsümü başa vurmağa hazırlaşan “Kurtlar Vadisi Pusu” serialının yeni – 127-ci seriyasının kadrları yayımlanıb. Xatırladaq ki, ötən seriyada Polad Alemdar və adamları Ersoy Ulubeye qarşı keçirilən əməliyyatda iştrak etmişdilər. Bu əməliyyat vaxtı Ulubeyin villasından tapılan cəsəd məhkəmə tibbi ekspertizasına aparılmış, bunun Ersoy Ulubeye aid olduğu bildirilmişdi. Qeyd edək ki, səfir Şamirin Aron Felleri öldürməsi üçün əmr verdiyi Ulubeyin yaşadığı məlum olur.
Yeni seryada isə Ersoy Ulubeyin növbəti hədəfi dövlət rəsmilərinin həyat yoldaşları olur. Belə ki, Ulubey baş nazirin həyat yoldaşını qaçırır. Ersoy Ulubey Türkiyə gündəmini ən çox məşğul edən hicab məsələsinə toxunaraq qaçırdığı xanımları başlarını açmağa çağırır. Polad Alemdar isə əldə etdiyi yeni məlumat əsasında baş verəcək sui-qəsdin qarşısını almağa çalışacaq.
“Kurtlar Vadisi Pusu” serialının növbəti – 127-ci seriyası bu axşam Türkiyənin “atv” kanalında nümayiş ediləcək.