Ersoy Ulubey isə terrorçulara Polad Alemdarı öldürməyi əmr edir.
Reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialının növbəti – 110-cu seriyasının kadrları nümayiş olunub. Xatırladaq ki, 109-cu seriyanın sonunda filmin qəhramanı Polasd Alemdar “Hizbullah” terrorçularının əlinə keçir.
Yeni seriyada artıq Polad Alemdar terrorçuların əlində əsirdir. Ayaqlarına, əllərinə və boynuna keçirilən kəndirlə təşkilat liderinin qarşısında diz çökmüş vəziyyətdə olan Polad burda liderin əsassız ittihamlarına “Quran”dan oxuduğu “İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” ayəsi ilə cavab verərək terrorçuları şoka salır.
“Hizbullah” liderinin zəng vuraraq Polad əlimdədir deməsinə müqabil Ersoy Ulubey etinasızlıqla, “məni niyə narahat edirsən? Öldür getsin” – deyə cavab verir. Daha sonra isə Erhan, Cahid və Abdulheyi təşvişə salan iki atəş səsi eşidilir.