Serial pərəstişkarları Polad Alemdarın “Çanaqqala Şəhidlər Xiyabanı”nı gəzərək etdiyi duanı eşidəcəklər
“Kurtlar Vadisi Pusu” serialının növbəti 117-ci seriyasının fraqmentləri yayılıb. Yeni fraqmentlərdə serial pərəstişkarları şahid olduqları ənənəvi atışma səhnələrinin əvəzinə Polad Alemdarın “Çanaqqala Şəhidlər Xiyabanı”nı gəzərək etdiyi duanı eşidəcəklər: “Bu gün ölmək vaxtı deyil. Burdakı əcdadımız bizim üçün öldü, min dəfə öldü. Bura olmasaydı, milli mübarizə olmazdı, biz də olmazdıq. “Xəstə adam”(1) olacaqdıq. Bunu da qərargahda olan komandirlər yox, səngərdə canını verən, yaralanan, qazi (veteran) olan komandanlarımız və şəhid olan, qazi olan mehmedciyimiz bacardı”.
“Kurtlar Vadisi Pusu” serialının 117-ci seriyası martın 17-də nümayiş olunacaq.
(1) Osmanlı xilafətinə qarşı müttəfiq olan Avropa dövlətləri çöküş dövrünü yaşayan osmanlını belə adlandırırdı.