Polad Alemdar qayınatası ilə həmyaşıddır
15 Dekabr 2012 Şənbə 07:22
Şaşmazın tələbə olan həyat yoldaşı təhsilinə davam edəcək.
Aktyor Necati Şaşmazın qayınatası Əhməd Kaşıkçının 43 yaşı var. Bu barədə məlumatı Kaşıkçı özü mətbuata açıqlamasında deyib. Şaşmazı Ömər dayısı (yazıçı-jurnalist Ömər Lütfi Mete) vasitəsilə tanıdığını deyən Əhməd Kaşıkçı qızının aktyorla yayın əvvəlində tanış olduğunu, yayın axırında isə elçiliyə gəldiyini bildirib. Ata Kaşıkçı hesab edir ki, cütlük arasında olan yaş fərqi gələcəkdə heç bir problem yaratmayacaq.

“Qızım ilk dəfə mənə, “ata sevirəm, ailə qurmaq istəyirəm” – deyəndə hər ata kimi qızım evdən gedəcək deyə kədərləndim. O ailə quran ilk qızımdır. Sonra fikirləşəndə insan sevinir. Nagehan da nə vaxtsa ərə getməlidir. Mənim həyat yoldaşım da mənimlə gənc yaşda ailə qurub. Hesablayın, qızımın 20, həyat yoldaşımın 38, mənim 43 yaşım var” – Əhməd Kaşıkçı bildirib.

Qızının Yıldız Texniki universitetində Beynəlxalq Münasibətlər və Siyasət kafedrası 3-cü kursda oxuduğunu deyən ata Şaşmaz ailəsinin də qızının təhsilini başa vurmasını istədiyini qeyd edib.
Xatırladaq ki, “Kurtlar Vadisi Pusu” serialında Polad Alemdar obrazını canlandıran 41 yaşlı aktyor Necati Şaşmaz 2 gün əvvəl 20 yaşlı Nagehan Kaşıkçı ilə ailə həyatı qurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar