Polad Alemdar öldü
18 Dekabr 2012 Çərşənbə Axşamı 04:33
“Ağsaqqallar” heyətində rəhbərlərlə üzvlər arasında vasitəçi olan Əşrəf bəy vurulur.
Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının yeni – 175-ci seriyasının kadrları yayılıb. Xatırladaq ki, nümayiş olunan axırıncı seriyanın finalında filmin qəhrəmanı Polad Alemdar güllə ilə vurulmuş, daha sonra onun qapısında dayandığı ev qumbaraatanla vurularaq partladılmışdı.

Yeni kadrlarda ölkə mətbuatı Polad Alemdarın ölməsi barədə məlumatlar yayır, prokuror Leyla Nazife xanımın yanına gedərək oğlu Poladın şəhid olması xəbərini verir. Daha sonra Leyla mətbuat konfransı keçirərək “Ağsaqqallar” heyətini ifşa etməyə çalışır. Cahit isə intihar etmək istəyən Abdulheyə mane olaraq Polad Alemdarı Suriyaya göndərənlərdən intiqam almalı olduqlarını deyir.

Bundan başqa önəmli dövlət adamı, “Ağsaqqallar” heyətində rəhbərlərlə üzvlər arasında vasitəçi olan Əşrəf bəy vurulur. Bir çox sualın cavabını bilən Erkan isə silahla girov götürülür. Daha bir neçə heyət üzvü də silahlı təhdidlərə məruz qalır.

Qeyd edək ki, 175-ci seriyanın ən həyəcanlı və sürprizlərlə dolu buraxılış olacağı gözlənilir. “Vadi” azrkeşləri “Kurtlar Vadisi Pusu” serialının yeni seriyasında bir çox sualın cavabını tapacaq. “Kurtlar Vadisi Pusu” filminin 175-ci seriyası dekabrın 20-də nüymaiş oluncaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar