Penelope Cruz İsraili pislədi, həftənin axmağı seçildi
06 Avqust 2014 Çərşənbə 04:34
Amerikanın Fox televiziyası İsraili pislədiyi üçün Penelope Cruzu həftənin axmağı seçib.
Aralarında məşhur kino ulduzları Penelope Kruz, Xavier Bardem, rejissor Pedro Almodovar kimi tanınmışların olduğu ispan sənətçilərin bir çoxu İsrailin Qəzzaya qarşı əməliyyatını pisləyib.
ANS PRESS-in məlumatına görə, ispaniyalı sənətçilərin bir çoxu İsraili soyqırım aktı törətməkdə ittiham edib. Onlar hətta bu barədə açıqlama da yayıblar. Hollivud tərəfi isə ispanların bu addımını tənqid edərək, xoş qarşılamadığını bildiriblər.
ABŞ-ın məşhur “Fox” televiziyasında yayımlanan “The Five” adlı verilişdə Amerikanın ən böyük müttəfiqini pisləməsi səbəbilə Penelope Kruz “həftənin axmağı” olaraq seçilib.
Qeyd edək ki, 100-ə yaxın sənətçinin yer aldığı siyahıda, həmçinin Veronika Forq, Amaral, Emilio Kaba, Rosa Maria Sarda, Xavier Fesser kimi ispan məşhurlarının adları var.
DOSTLARINLA PAYLAŞ: